Image

Azərbaycan nefti ucuzlaşıb

 

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,2 ABŞ dolları və ya 3,36% azalaraq 91,93 dollara düşüb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli isə 3,12 dollar və ya 3,4% ucuzlaşaraq 88,5 dollara enib.

Müqayisə üçün, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb. Beləliklə, hazırkı “Azeri Light” qiyməti büdcə hesablamasında nəzərdə tutulan göstəricidən 26,93 dollar və ya təxminən 41,4% yüksəkdir.

“Azeri Light”ın indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycanda “Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3%-dir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb