Image

Azərbaycanda insanların ömrü son 5 ildə 4 ilə yaxın uzanıb

 

Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu son beş ildə oğlanlarda 3,8 il, qızlarda isə 3,9 il artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 

2021-ci ildə yeni doğulan oğlanlar üçün gözlənilən ömür uzunluğu 71,1 il olduğu halda, 2025-ci ildə bu göstərici 74,9 ilə yüksəlib.

Qızlarda isə doğulanda gözlənilən ömür uzunluğu 2021-ci ildə 75,4 il, 2025-ci ildə 79,3 il təşkil edib.

2022-ci ildə bu göstərici oğlanlarda 73,6, qızlarda 78,4 il, 2023-cü ildə müvafiq olaraq 73,5 və 78,4 il olub. 2024-cü ildə isə oğlanlarda 74,5, qızlarda 79,2 ilə yüksəlib.

2025-ci ildə yeni doğulan qızların gözlənilən ömür uzunluğu oğlanlardan 4,4 il çox olub.

2025-ci ildə 15 yaşına çatmış oğlanların qarşıdakı gözlənilən ömür müddəti 61,4 il, qızların isə 65,7 il təşkil edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb