Image

Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək

 

Biləsuvar rayonunda 6 250 əhali və 130 qeyri-əhali abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Muğan bürosunun məlumatına görə, buna səbəb yeraltı daşıyıcı qaz xəttinin kipliyə sınaq edilməsidir.

Bildirilib ki, avqustun 28-də saat 10:00-dan etibarən “Biləsuvar QPS”-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili və Zəhmətabad kəndlərinin, həmçinin rayon mərkəzinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb