Image

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində Bakı Metropolitenində qatarlararası intervallar minimuma endirilir. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xəttdə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq