Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Çin Prezidenti Si Cinpin və xanımı Pen Liyuan ABŞ-yə dövlət səfərini başa vuraraq Vaşinqtonu tərk ediblər.Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.
“Prezident Si və xanım Pen indicə Vaşinqtonu tərk edərək Çinə yola düşüblər. Görüş Çin və ABŞ üçün dostluq, güc və uğurla yadda qaldı”, – Tramp yazıb.
ABŞ Prezidenti bildirib ki, Si Cinpinlə noyabrda Çində, daha sonra isə dekabrda Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitində görüşəcək. Noyabr görüşünün Çində keçiriləcək APEC sammiti çərçivəsində baş tutacağı gözlənilir.
“Çox şey əldə olunub və bundan sonra da əldə olunacaq. Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm”, – Tramp qeyd edib.
Mənbə: anews.az