Image

4 iyul bürclərə nə vəd edir? - Günün ULDUZ FALI

Bəzi insanlar astroloji məlumatlara önəm verir, hətta bir sıra addımları da buna uyğun tənzimləyir.

Gundem.az bu gün üçün bürcləri nələrin gözlədiyini araşdırıb. Həmin məlumatı təqdim edirik:

Qoç - Bu gün düşüncələrinizi toplamaqda çətinlik çəkə bilərsiniz. Tərəfdaşınızın fikirlərinə diqqət yetirin. Ortaq məxrəclərin birləşdiyi çoxsaylı zehni fəaliyyətlərdən faydalanacaqsınız. 

Buğa -  Sosial münasibətlərinizdə sizdən gözlənilənləri çox qiymətləndirir və mövcud olmayan problemlər yaradırsınız. Bu gün partnyorunuzu səhv başa düşə bilərsiniz.  Onun sizə xoşniyyətli yanaşmalarını fərqli qiymətləndirməyiniz mümkündür.

Əkizlər - Həyatınızdakı bəzi dəyərlərin dəyişməsindən narahat olmadan ətrafınızı sorğulamağa davam edirsiniz. Dostlarınızın davranışlarını tənqid etməzdən əvvəl, ilk növbədə onlara fərqli şəkildə təsir etmək istəyirsiniz və buna nail olursunuz.

Xərçəng - Tərəfdaşınızın dəyişən ideyalarına qarşı dözümlü olmalısınız. Bu məsələdə yaxşı niyyətinizi sübut etməlisiniz. Sabit düşüncələrin sizə fayda vermədiyini anlayacaqsınız.

Şir – Müsbət enerjiniz partnyorunuza da təsir edir. Bu gün sizin üçün rahat keçəcək. Tərəf müqabilinizlə maraqlı gün keçirə bilərsiniz.

Qız -  Partnyorunuzla bir-birinizi sınamaq üçün münasib gündür. Müxalif fikirlər fərqində olmadığınız bəzi duyğuların ortaya çıxmasına səbəb olacaq. Ziddiyyətli davranışlarınız var və bəzi şeylərdən əmin olmalısınız.

Tərəzi -  İşləriniz qaydasındadır. İstər çalışdığınız yerdə, istərsə də münasibətlərdə uğur qazana bilərsiniz.  Pozitiv gün olacaq.

Əqrəb -  Müvəqqəti yox, daimi duyğulara sahib olmaq istəyirsiniz. Ancaq hadisələri sona çatdıra bilmirsiniz. Bu gün isə partnyorunuzun dəstəyi ilə özünüzü güclü və yeni informasiyalara hazır hiss edəcəksiniz.

Oxatan -  Maliyyə məsələlərində gizli olmaq istəmirsiniz.  Alış-verişlə bağlı cəsarətli gün olacaq.  Vəziyyəti qiymətləndirərkən, hadisələrə fərqli bir fəlsəfə ilə yanaşırsınız. 

Oğlaq -  Davranışınızla ətrafınızda bir obraz yaradırsınız. Partnyorunuzla lazımsız məsələləri müzakirə edə və inciklik yaşaya bilərsiniz.

Dolça - Qeyri-adi mövzular üzərində işləməyi xoşlayırsınız.  Emosional münasibətləriniz yeni bir mərhələyə keçir.  Özünüzü hər mənada hazır hiss edirsiniz.

Balıqlar -  Bu gün ətrafınıza şübhə ilə yanaşmanız mümkündür. Deyilən hər şeyin arxasında fərqli şeylərin ola biləcəyini düşünürsünüz. Yaxın dostlarınızın diqqətinə ehtiyacınız ola bilər. Bəzi detallar sizi narahat edir.   (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb