Bakıda 18 yaşlı gənci cərəyan vuraraq öldürdü
Bakıda 18 yaşlı oğlanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə Gundem.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.(sfera.az)
Mənbə: gundem.az