Image

UEFA Ukraynanı cəzalandırıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukrayna Futbol Assosiasiyasını (UAF) Rusiya əleyhinə şüar səsləndirdiyinə görə cəzalandırıb.Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə pley-off oyunu zamanı anti-Rusiya şüarı olan pankart nümayiş etdirilib. Bu səbəbdən UAF 15 min avro cərimə ödəməlidir.

UEFA bu şüarı siyasi və təxribat adlandırıb.

Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Xəbər lenti