Image

Azərbaycan klubları futbolçulara bu qədər MAAŞ VERİR - "Neftçi" 18 milyon, "Qarabağ" 13...

Azərbaycan Premyer Liqasının ötən mövsümündə çıxış edən klubların futbolçulara ödədiyi əməkhaqqının ümumi həcmi açıqlanıb.

BAKU.WS xəbər verir ki, 2024/2025-ci illər mövsümündə oyunçularına ən yüksək maaş verən klub "Neftçi" olub. Bakı təmsilçisi futbolçular üçün ümumilikdə 18 milyon 287 min 111 manat vəsait xərcləyib.

Bu siyahıda ikinci yerdə "Qarabağ" qərarlaşıb. Ağdam klubu mövsüm ərzində futbolçularına 13 milyon 878 min 800 manat məvacib ödəyib.

Siyahı belədir:

"Neftçi" - 18,287,111

"Qarabağ" - 13,878,800

"Sabah" - 8,911,200

"Zirə" - 4,287,627

"Səbail" - 4,385,800

"Sumqayıt" - 4,431,100

"Şamaxı" - 1,004,300

"Turan Tovuz" - 2,613,900

"Araz Naxçıvan" - 3,619,200

"Kəpəz" - 1,754,700

Xəbər lenti