"Qarabağ"ın müdafiəçisi Dubayda ekstremal istirahəti seçdi
"Qarabağ" futbol klubunun üzvü Toral Bayramov qış fasiləsini fərqli şəkildə dəyərləndirib. Komandanın müdafiəçisi istirahət üçün Dubaya yollanaraq orada ekstremal idman növünə üz tutub.
BAKU.WS-in məlumatına görə, futbolçu Dubayda paraşütlə tullanış edərək adrenalin dolu anlar yaşayıb.
Bayramov həmin anlardan olan videonu şəxsi "Instagram" səhifəsində paylaşaraq izləyiciləri ilə bölüşüb.
