Naxçıvanda məsciddə yanğın baş verib
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.