Image

Türkiyə Superkubokunda ilk finalçı bəlli oldu

Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal qarşılaşması baş tutub. Qaziantep Böyükşəhər Stadionunda keçirilən oyunda "Qalatasaray" ilə "Trabzonspor" üz-üzə gəlib.

BAKU.WS xəbər verir ki, görüş İstanbul təmsilçisinin aşkar üstünlüyü ilə keçib. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Qalatasaray" Superkubokun finalına vəsiqə qazanan ilk komanda olub.

"Qalatasaray"ın həlledici oyundakı rəqibi "Fənərbağça" – "Samsunspor" yarımfinal cütünün qalibi olacaq. Həmin qarşılaşma 6 yanvar tarixində keçiriləcək.

Türkiyə Superkuboku uğrunda final matçı isə 10 yanvar tarixində Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti bahalaşıb