Image

AZAL-ın təyyarəsinə girmək istədi, insident yaşandı - RƏSMİ AÇIQLAMA

Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyarəyə tərəfə getməsi barədə məlumat paylaşıb.

BAKU.WS məsələ ilə bağlı AZAL-a sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb:

"Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır".

Xəbər lenti