Polkovnik-leytenant saxlanıldı - İki ay əvvəl təqaüdə çıxmışdı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Z.Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Polkovnik-leytenant iki ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.