Image

Bakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın son vəziyyəti açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sərxan Hüseynlinin müalicəsi Pediatrik reanimasiya şöbəsində davam etdirilir.

"Vəziyyəti orta ağır olaraq qalır", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, hadisə dekabr ayının 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.

Xəbər lenti