Bakı-Sumqayıt yolunda 5 maşın toqquşub
Bakı-Sumqayıt yolunda qəza olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə şahidinin sözlərinə görə, 5 avtomobil bir-birinə çırpılıb. Nəticədə xəsarət alan var.
Həmçinin qəza nəticəsində yolda hərəkət demək olar ki məhdudlaşıb.
Ərazidən kadrları təqdim edirik:
