UEFA Çempionlar Liqası: "Qarabağ" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Qarabağ" bu gecəyarısı növbəti oyununa çıxacaq.
BAKU.WS xəbər verir ki, təmsilçimiz İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.
"Enfield Road" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
29 yanvar
UEFA Çempionlar Liqası
VIII tur
Saat 00:00, "Liverpul" - "Qarabağ".