Image

TAEF və SOFAZ BƏƏ-də mərkəzləşdirilmiş soyutma şirkətinə sərmayə qoyur

 Ərəb Enerji Fondu (TAEF) və Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) infrastruktur investoru CVC DIF ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin iri mərkəzləşdirilmiş soyutma operatorlarından biri olan PAL Cooling Holding-ə sərmayə yatırmaq barədə razılığa gəliblər.

TAEF və SOFAZ CVC DIF-in flaqman infrastruktura yönəlik DIF VII fondu ilə yanaşı fəaliyyət göstərən birgə investisiya mexanizmi vasitəsilə layihədə iştirak edirlər. DIF VII 2025-ci ildə PAL Cooling Holding-in 50% payını əldə edib. Sərmayənin həcmi açıqlanmır.

PAL Cooling Holding BƏƏ-də ikinci ən böyük district cooling operatorudur və orta hesabla 25 il müddəti qalan səkkiz uzunmüddətli konsessiyanı idarə edir, 45 mindən çox müştəriyə xidmət göstərir.

Sözügedən sərmayə Körfəz regionunda enerji səmərəli şəhər infrastrukturlarına marağın artdığını göstərir.

N.Təbrizli

Xəbər lenti