Image

Azarkeşdən Musa Qurbanlıya: "Papa"ya de oyunçu alsın"

Ötən gecə "Enfild" stadionunda "Qarabağ" azarkeşlərindən biri Musa Qurbanlıdan atası Qurban Qurbanova maraqlı ismarıc göndərib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Azarkeş kənarda isinmə hərəkətləri edən Musaya səslənərək "Atana de oyunçu alsın" deyib.

Sözügedən kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "köhlən atlar" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatması yanvarı 30-da keçiriləcək.

Xəbər lenti