Image

Ötən il verilən elektron çıxarışların sayı açıqlanıb

Prezidentin  “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli, 1455 nömrəli Fərmanı üzrə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib. Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

"413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşa elektron çıxarış təqdim olunub. Bundan əlavə, Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin 4 602 qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin olunub”.

Aytac Zeynalova

Xəbər lenti