Image

Sənədsiz tikililərin sayı açıqlanıb

Ölkədə təqribən 400-500 min sənədsiz tikili var. Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

“Bu tikililərin statistikasını tam verə bilməyimiz üçün genişmiqyaslı inventarlaşdırma işləri həyata keçirməliyik. Amma qeyri-yaşayış tikililəri üzrə müraciətlərdən təxmin eləsək, yəqin ki, qeyd etdiyim rəqəmdən ən azı 10 dəfə çox fərdi yaşayış tipli tikililərin mövcud olduğunu deyə bilərik”.

Aytac

Xəbər lenti