Fiziyev və Ruffi UFC 325 öncəsi üz-üzə gəlib
UFC 325 turniri ərəfəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə braziliyalı Maurisio Ruffi ilk dəfə rəsmi şəkildə üz-üzə gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "UFC Eurasia" paylaşım edib.
Döyüşöncəsi "face-off" mərasimi normal atmosferdə keçib və tərəflər bir-birinin əlini sıxıblar.
Qeyd edək ki, idmançılar döyüş üçün 31 yanvar tarixində oktaqona çıxacaqlar.