Image

"Qarabağ"ın futbolçularına pul mükafatı veriləcək - MƏBLƏĞ

"Qarabağ" tarixində daha bir motivasiya dolu Çempionlar Liqası səhifəsi açılır.

BAKU.WS-in məlumatına görə, klub rəhbərliyi komandanın pley-off mərhələsinə vəsiqə qazanacağı təqdirdə futbolçular üçün ciddi maliyyə təşviqi müəyyənləşdirib.

"Ayntraxt"la həlledici qarşılaşma öncəsi verilən vədə əsasən, "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində 10 xal toplayaraq pley-off-a yüksələrsə, əsas heyət futbolçularının hər birinə 200 min manat məbləğində mükafat təqdim olunacaq.

Mükafat sistemi yalnız start heyətlə məhdudlaşmır. Klub rəhbərliyi futbolçuların oyundakı rolunu nəzərə alaraq fərqli məbləğlər müəyyənləşdirib:

"Ayntraxt" və "Liverpul"la matçlarda əsas heyətdə meydana çıxan futbolçular – 200 min manat Oyuna əvəzetmədən daxil olan futbolçular – 175 min manat Ehtiyat oyunçular skamyasında əyləşib meydana çıxmayanlar – 100 min manat.

Bu qərarla "Qarabağ" rəhbərliyi həm kollektiv ruhu qorumağı, həm də həlledici matçlar öncəsi futbolçuların motivasiyasını maksimum səviyyəyə çatdırmağı hədəfləyir. Pley-off bileti bu dəfə təkcə tarix deyil, həm də ciddi maliyyə dəyəri deməkdir.

Xəbər lenti