Image

Albaniya “Bayraktar” partiyası alıb

Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib.

“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj işləri və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır.

Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi feysbuk səhifəsində yazıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb