Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 266,9 min ton şəkər və qənd istehsal olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % çoxdur.
Hesabat dövründə şəkərli qənnadı məmulatlarının istehsalı da 6,5 % artaraq 5 558,9 tona çatıb.
Avqustun 1-nə müəssisələrin anbarlarında 8,4 min ton şəkər və qənd, 69,6 ton şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 31,25 % artıb və 18,88 % azalıb.
Yanvar-iyul aylarında Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.
Mənbə: anews.az