Image

Kanada Rusiya almazının idxalına əlavə qadağa qoyub

Kanada hökuməti Rusiya almazlarının idxalını qadağan etmək üçün əlavə tədbirlər tətbiq etməyə qərar verib.

“Report” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında Rusiya əleyhinə sanksiyalar bölməsində yerləşdirilmiş sənəddə deyilir.

Yeni qərarla həm Kanadada, həm də xaricdə olan kanadalılar, eləcə də Kanadadakı digər vətəndaşların Rusiya almazlarını əldə etməsinə qadağa qoyulur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb