Image

İsmayıllıda çayda köməksiz qalan 5 nəfər xilas edilib

Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıb.Bu barədə FHN - dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.

 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava açıqlanıb