Image

Qazaxıstan Tengiz yatağında neft hasilatını bərpa edib

Qazaxıstan daha əvvəl qeydə alınan itkilərdən sonra Tengiz yatağında neft hasilatını sutkada 290 min tona qədər bərpa edib. Bu barədə Qazaxıstanın enerji naziri Yerlan Akkenjenov bildirib. “Dünənki hesabatları görmüşəm. Hasilat bərpa olunub”, – o, hazırkı istehsal həcmləri ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, hasilat itkiləri baş verib və onları tam şəkildə kompensasiya etmək artıq mümkün deyil. “İtkilər mütləq olub. Onları geri qaytarmaq mümkün deyil. Amma bilirəm ki, hasilat artıq bərpa olunub”, – nazir qeyd edib. O, itkilərin dəqiq həcmini açıqlamayıb və hazırda bu barədə konkret məlumatının olmadığını bildirib. Nazir həmçinin təsdiqləyib ki, “Kaşağan” yatağı üzrə təmir 2027-ci ilə təxirə salınıb. Onun sözlərinə görə, bu qərar “Tengiz” yatağında ilin əvvəlində yaranan hasilat itkilərinin kompensasiya olunması zərurəti ilə bağlıdır. O əlavə edib ki, iyunda “Kaşağan” yatağında hasilat plan üzrə 100% güclə həyata keçiriləcək. N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti