Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
İyunun 3-də Bakıda 107 və 107A nömrəli marşrut xətləri üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, 107 nömrəli marşrut Buzovna qəsəbəsindən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə, 107A nömrəli marşrut isə Maştağa qəsəbəsindən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə qədər fəaliyyət göstərir.
Hər iki marşrut üzrə gediş haqqı 0,65 manat təşkil edir.
Mənbə: anews.az