Image

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçiminin nəticələri elan olunub

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə mayın 23-26-da keçirilən müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) bildirib ki, nəticələr iştirakçıların şəxsi kabinetlərinə göndərilib və müəllimlər şəxsi səhifələri vasitəsilə nəticələrlə tanış ola bilərlər.

Agentliyin məlumatına görə, elektron yerləşdirmə nəticəsində 14 şəhid ailəsi üzvü daxil olmaqla ümumilikdə 2 022 müəllim iş yerini dəyişmək hüququ qazanıb.

Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədləri yoxlanılacaq. Sənədlərin yoxlanılması başa çatdıqdan sonra müəllimlər müvafiq vakant vəzifələrə təyin olunacaqlar.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı əlavə məlumatın iştirakçıların şəxsi kabinetlərinə göndəriləcəyi bildirilib.

Mənbə: anews.az

Xəbər lenti