Image

Maştağada baş verən yanğın məhdudlaşdırılıb - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Bu barədə FHN-dən xəbər verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakıda güclü yanğın başlayıb.Bu barədə "Report" xəbər verir.

Hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.

Mənbə: anews.az

Xəbər lenti