Image

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə iyunun 6 və 7-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-nin məlumatına görə, sərnişinlər əlavə reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.

Şirkət bildirib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik qatar səfərləri də davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti