Gələcəyin texnologiyaları Azərbaycanda da tətbiq olunmalıdır - deputat
Gələcək texnologiyaların inkişafı Azərbaycanda da geniş tətbiq olunmalı və bu istiqamətdə hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bunu Milli Məclisin deputatı Azər Badamov avtonom nəqliyyat vasitələri ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Dünyanın gələcəyi texnologiyalar üzərində qurulur. Ölkəmiz də gələcəkdə bu texnologiyalardan yararlanmalıdır. Bu istiqamətdə atılan addımlar çox əhəmiyyətlidir”, – o vurğulayıb.
Deputatın sözlərinə görə, avtonom gəmilərlə bağlı hüquqi tənzimləmələr yalnız Azərbaycanın daxili sularını deyil, beynəlxalq və regional əməkdaşlıq məsələlərini də əhatə etməlidir.
Gülnar Nazimqızı
Mənbə: anews.az