Image

ABŞ Ermənistanla birgə infrastruktur şirkətinin yaradılmasını təsdiqləyib

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Direktorlar Şurası Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP İnkişaf Şirkətinin yaradılmasını təsdiqləyib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi bildirib.

Səfirliyin məlumatına görə, qərar iyunun 3-də qəbul edilib və layihə ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional əlaqələrin gücləndirilməsini hədəfləyir.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası bildirib ki, yeni şirkət dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fiber-optik şəbəkələr və digər əsas infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək verəcək.

Maliyyələşdirmənin həcmi və layihələrin icra müddəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası inkişaf etməkdə olan ölkələrdə özəl sektor investisiyalarını dəstəkləyən ABŞ hökumət qurumudur. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb