Image

Kranda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - Video

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində vətəndaş kranda köməksiz vəziyyətdə qalıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın tikilməkdə olan binanın ərazisində fəaliyyət göstərən hündürlüyü təxminən 50 metr olan qülləli kranın kabinasında səhhətinin pisləşməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik məqsədilə alpinist ləvazimatlarının tətbiqi ilə 1963-cü il təvəllüdlü Zamıyev Zalı Dünyamalı oğlu krandan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Mənbə: anews.az

Xəbər lenti