-Sabah 112 məktəbdə tədris distant formada təşkil olunacaq-Yenilənib
İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək.Bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsindən məlumat verilib.
Bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.
Qeyd edək ki, monitorinq nəticələri şagirdlərin summativ qiymətlərinə və sinifdən-sinfə keçməsinə təsir etmir.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
*》İyunun 5-də monitorinq mərkəzi seçilmiş məktəblərin siyahısı*
*》İyunun 6-da monitorinq mərkəzi seçilmiş məktəblərin siyahısı*
***
Azərbaycanda iyunun 5 və 6-da IV və VI siniflər üzrə keçiriləcək monitorinq qiymətləndirməsi ilə əlaqədar 112 ümumitəhsil məktəbində təhsil distant formada keçiriləcək.
Belə ki, 4-cü siniflər istisna olmaqlala bütün siniflər dərsləri online formada keçirəcək.
Valideyn qruplarında yayılan məktublara əsasən, bir sıra məktəb rəhbərlikləri monitorinqin təşkili səbəbindən şagirdlərin həmin gün distant təhsilə cəlb olunacağını bildirib.
Ev şəraitində dərs keçmək imkanı olmayan müəllimlər üçün məktəbə dərsə qoşulmaları təklif olunub.
Bəzi məktəblərdə isə dərslərin günün ikinci yarısında, günorta növbəsində keçirilməsi barədə qərar verilib.
Məsələ ilə bağlı Bakı Təhsil İdarəsindən bildirilib ki, distant təhsilə keçiriləcək məktəblərin adları açıqlanacaq.
Keçiriləcək monitorinqə 300 mindən çox şagirdin cəlb olunması nəzərdə tutulub. Onların təxminən 13 552 nəfəri imtahanı komputer əsaslı verəcək. Eyni zamanda bu il ilk dəfə monitorinq sualları arasına açıq suallar da salınıb.
Gülnar Nazimqızı


Mənbə: anews.az