Image

İlham Əliyev Viktor Yuşenko ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. İlham Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə tərəflər 20 ildən artıq davam edən tanışlıqları çərçivəsində birgə fəaliyyətlərini və Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işləri xatırlayıb, ikitərəfli əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri Viktor Yuşenkonun təqdimatı ilə İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edib.

İlham Əliyev və Viktor Yuşenko müxtəlif illərdə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı ilə bağlı bir sıra görüşlər keçiriblər. Yuşenko 2005-2010-cu illərdə Ukrayna Prezidenti olub.

Mənbə: anews.az

Xəbər lenti