Image

Əliyev İndoneziya prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Prezidentin məktubunda İndoneziyanın milli bayramı münasibətilə Prabovo Subiantoya və İndoneziya xalqına Azərbaycan xalqı və öz adından təbrik və xoş arzular çatdırılıb.

İlham Əliyev iki ölkə arasında iqtisadiyyat, qarşılıqlı investisiyalar, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib.

Azərbaycan Prezidenti Azərbaycan-İndoneziya dostluğunun və əməkdaşlığının xalqların rifahı naminə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Məktubda Prabovo Subiantoya möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, İndoneziya xalqına isə əmin-amanlıq və firavanlıq arzulanıb.

Mənbə: anews.az

Xəbər lenti