Nazir generalın dəfnində iştirak edib
Ötən gün 89 yaşında vəfat edən general-mayor Abbasəli Novruzov bu gün Hərbi Memorial Məzarlıqda dəfn edilib. Bu barədə azərtac məlumat yayıb.
Dəfn mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Müdafiə Nazirliyi və DSX-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasim zamanı Azərbaycan Bayrağına bükülmüş tabut mərhumun yaxınlarına təqdim olunub.
Abbasəli Novruzov uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra, 8 aprel 1994-cü ildə Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı təyin olunub. Novruzov 2001-ci ilədək bu vəzifədə çalışıb.
Mənbə: anews.az