Image

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı 19 avqust saat 15:00-da başlayacaq və 31 avqust saat 18:00-dək davam edəcək.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyat yalnız my.gov.az platforması üzərindən aparılacaq.

Qeydiyyatdan keçmək istəyən şəxslərdən nəzərə almaları xahiş olunur ki, şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olanlar əvvəlcə sənədlərini yeniləməlidirlər.

15 yaşına çatmamış vətəndaşlar isə my.gov.az platformasında şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” vasitəsilə yaratmalıdırlar.

Mənbə: anews.az

Xəbər lenti