Image

Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti