Image

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar ölkənin mərkəzi hissəsində, Ayakuço regionunun Parinakoças əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və ya yaralanan olmayıb, dağıntılar barədə  məlumat verilməyib.

Qeyd edək ki, müxtəlif seysmoloji mənbələr zəlzələnin maqnitudasını 6,7 və 7,2 kimi qiymətləndirib. Məlumatlar yenilənir.

Mənbə: anews.az

Xəbər lenti