Image

Serbiyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

Serbiyada növbədənkənar parlament seçkilərinin 2026-cı ilin oktyabrında keçirilməsi planlaşdırılır.Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının (RTS) efirində bildirib.

"Parlament seçkiləri oktyabrın 18-də və ya 25-də keçiriləcək. Dəqiq tarix yaxın günlərdə məlum olacaq", - deyə Vuçiç bildirib.

Vuçiç daha əvvəl seçkilərin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini açıqlamışdı.

O, hakim Serbiya Tərəqqi Partiyasının (SNS) seçkilərdə qalib gələcəyinə ümid etdiyini bildirib.Partiyanın qələbəsi Vuçiçin gələcəkdə baş nazir postuna qayıtmasına imkan yarada bilər.

Serbiya qanunvericiliyinə əsasən, parlamentin buraxılması halında növbədənkənar seçkilər keçirilir.

Mənbə: anews.az

Xəbər lenti