Image

Azərbaycanda uşağı olmayan ailələrin boşanması 5 ildə 55% artıb

 

Azərbaycanda uşağı olmayan ailələr arasında boşanmaların sayı 2021-2025-ci illərdə 54,8% artaraq 6 777-dən 10 491-ə yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 

2025-ci ildə ölkədə ümumilikdə 20 675 boşanma qeydə alınıb. Bu, 2021-ci ildəki 17 191 boşanma ilə müqayisədə 20,3% çoxdur.

Ötən il qeydə alınan boşanmaların təxminən yarısı - 10 491-i uşağı olmayan ailələrin payına düşüb.

Bir uşağı olan ailələrdə 4 284, iki və daha çox uşağı olan ailələrdə isə 5 900 boşanma qeydə alınıb. Beləliklə, 2025-ci ildə ümumilikdə 10 184 uşaqlı ailə boşanıb.

2021-ci ildə bir uşağı olan ailələrdə 3 900, iki və daha çox uşağı olan ailələrdə 6 514 boşanma qeydə alınıb. Həmin il ümumilikdə 10 414 uşaqlı ailə dağılıb.

Boşanmalar nəticəsində valideynlərdən biri ilə yaşayan uşaqların sayı 2025-ci ildə 17 658 olub. 2021-ci ildə bu göstərici 17 770 təşkil edib.

2021-2025-ci illərdə Azərbaycanda ümumilikdə 96 921 boşanma qeydə alınıb və həmin boşanmalar nəticəsində 93 083 uşaq valideynlərindən biri ilə yaşamağa davam edib.

Boşanmaların sayı 2023-cü ildə son beş ilin ən yüksək səviyyəsinə - 21 688-ə çatıb. Bu göstərici 2024-cü ildə 21 384, 2025-ci ildə isə 20 675 olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb