SOCAR və Çin İxrac-İdxal Bankı enerji layihələrində əməkdaşlığı müzakirə edib
SOCAR və Çin İxrac-İdxal Bankı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə SOCAR məlumat yayıb.
Məsələ SOCAR prezidenti Rövşən Nəcəf ilə Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə SOCAR ilə Çin şirkətləri və maliyyə institutları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Rövşən Nəcəf SOCAR-ın Azərbaycanda və ölkə hüdudlarından kənarda həyata keçirdiyi, həmçinin perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verib.
Çin İxrac-İdxal Bankının nümayəndələri isə bankın xarici investisiyaların və beynəlxalq iqtisadi əməkdaşlığın dəstəklənməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat təqdim ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Mənbə: anews.az