Image

Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq

Sabah Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, payız-qış mövsümünə hazırlıq işləri və aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında fasilə olacaq.

Mənbə: anews.az

Xəbər lenti