Image

Hövsanda açıq ərazidə yanğın baş verib

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti