Image

Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol inşa olunacaq

Gürcüstanda Azərbaycan sərhədinədək uzanan Tbilisi-Bakurtsixe-Laqodexi beynəlxalq avtomagistralının Tsnori-Laqodexi hissəsinin inşası ilə bağlı beynəlxalq tender elan olunub. 

Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib. 

Ümumi uzunluğu 40,4 kilometr təşkil edəcək yol ikizolaqlı olacaq. Layihə iki hissədən - 30,9 kilometrlik Tsnori-Laqodexi hissəsindən və 9,5 kilometrlik Laqodexi dolama yolundan ibarət olacaq. 

Layihə üzrə sənədlərin hazırlanması üçün 18 aylıq müddət müəyyən edilib. 

Maraqlanan tərəflər tender təkliflərini bu ilin fevralın 17-dən gec olmayaraq təqdim etməlidirlər.

Xəbər lenti