Image

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,94 % azalaraq 66,63 ABŞ dolları səviyyəsinə enib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 1,37 ABŞ dolları və ya 2,09 % ucuzlaşaraq 64,07 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üzrə orta qiymət 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu baxımdan, “Azeri Light”ın hazırkı qiyməti büdcə proqnozuna yaxınlaşır, Ceyhan bazasında isə həmin göstəricidən aşağı düşüb.

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti bahalaşıb