İranda proseslərin sonu necə olacaq? - Hərbi müdaxilə, yoxsa?
"Türkiye Gazetesi" məlumat yayıb ki, Türkiyə İranla sərhəddə miqrasiya bufer zonası yaradır.
Qəzet bildirib ki, bufer zona İranda vəziyyətin hər hansı formada pisləşməsi halında İrandan qaçan insanların digər ölkələrin ərazisinə keçmədən həmin bu zonada qalmalarını nəzərdə tutur.
İranın daxilində isə ölkənin vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, ali dini lider aradan götürüldüyü halda ölkədə hakimiyyətin varislik mexanizmi təsdiqlənib.
Əlavə edib ki, hökumət müharibə zamanı ölkənin idarə olunması planını da hazırlayıb. Bu məlumatlar sakitlik yox, əksinə, İranla bağlı təhlükələrin artdığını göstərən əlamətlər deyilmi?
